Xardal yağı

Yağlı turşular və təbii antioksidantlarla zəngin olan xardal yağı unikal müalicəvi məhsuldur. Zee News xəbər verir ki, xardal yağı ürəyin sağlamlığını qoruyur, «pis» xolesterolun səviyyəsini aşağı salır, «yaxşı» xolesterolun səviyyəsini qaldırır.

Araşdırmalar göstərib ki, xardal yağı işemiya xəstəliyinin riskini 70%-ə qədər azaldır. Həmçinin bu yağ hipertoniyanın riskini azaldır və qan dövranına müsbət təsir edir. Bu səbəbdən kardioloqlar ürək xəstəlikləri olan və bu xəstəliklərdən özünü qorumaq istəyən insanlara xardal yağını qidalanmaya daxil etməyi tövsiyə edirlər. Yağı digər bitki yağları kimi istifadə etmək olar — qidalara, salatlara əlavə etmək və s.
Davamı →

Dərinizə lazım olan 8 təbii məhsul

Aloe vera
Bu sərinləşdirici və xəfif nəm qaynağı olan bitkini isti havalar üçün ideal hesab edirik. Amma qışın soyuq havalarında dərimizdə yaranan çatlamaları, qurumanı da mükəmməl şəkildə aradan qaldırır.

Bal
Dərini yumşaldan və qurumasının qarşısını alan bal, təbii antibakterialdır. Bu səbəblə də, nəmləndirici məhsullarınızın tərkibində mütləq bal olmalıdır.

Çobanyastığı
Quruyan dəri asanlıqla qızarır və zədələnir. Əgər siz də, belə dəri problemlərilə qarşılaşırsınızsa çox düşünmədən çobanyastığı tərkibli dəriyə qulluq məhsullarından istifadə edə bilərsiniz.

Davamı →

Arqan yağı

Arqan yağının tərkibindəki aktiv birləşmələr dərini ən yüksək dərəcədə qoruyur. Bu bitki yağı yaraları sağaltmaq qabiliyyətinə malikdir. Arqan yağı dərini günəş şüalarından qoruyur və mikrobları öldürür.

Arqan yağının tərkibində steroller var ki, dərinin nəmliyini qoruyub saxlayır və dərinin yaşlanmasının qarşısını alır. Tərkibində olan E vitamini sayəsində o dərini nəm tutmaqla yanaşı, qırışların sayını azaldır və dərini cavanlaşdırır.

Arqan yağı dəridə olan akne xəstəliyini, günəş yanıqlarından qalan izləri və bəzi dəri xəstəliklərinin müalicəsində də istifadə edilir. Bunun üçün pambıq arqan yağına batırılır, dəriyə sürtülür və 1 saat sonra ilıq su ilə yuyulur.
Davamı →

Günəbaxan yağının faydaları

Qızartmaq, duru yeməklər və. s hər biri üçün fərqli yağlardan istifadə edilir. Günəbaxan yağı da duru yağlar arasında ən çox üstünlük verilənlərdəndir. Əslində bu yağın orqanizmə bir çox faydaları vardır.

— Tərkibi Omega 6, Omega 9 yağ turşuları, A, D, E və K vitamini ilə zəngindir.
— Hüceyrələrə zərər verən molekulları təsirsiz hala gətirir.
— İmmunitet sistemini gücləndirir.
— Bədənimizdəki toxuma hüceyrələrinin qorunmasını təşkil edir.
Davamı →

Avokado yağı

Nəmləndirici avokado yağı
Dəri tipinizin necə olmasından asılı olmayaraq nəmləndirici istifadə etməlisiniz. Müxtəlif nəmləndiricilər arasından bizim üçün ən uyğun olanını tapmaq da bir az çətindir. Doğru nəmləndiricini tapsaq da, tərkibində kimyəvi maddələr ola bilər. Buna görə də avokado yağı təbii olması baxımından yaxşı seçimdir.

Avokado yağı dəri üçün qüsursuz bir nəmləndiricidir. Digər təbii yağlardan fərqli olaraq dəri tərəfindən sürətli şəkildə hopdurulur və daha tez effekt verir.

Yaşlanmaya qarşı
Avokado yağı haqqından çox bilinməyən faydalardan biri də onun yaşlanmaya qarşı olmasıdır. Dərinin alt qatlarına nüfuz edərək sərbəst radikallara qarşı mübarizə aparır.
Davamı →